utzal üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını başa vurub.
Sportinfo.az xəbər verir ki, yığmamız son yoldaşlıq görüşünə çıxıb.
Serbiyada olan Joze Alesionun yetirmələrinin rəqibi yerli komanda olub. Pozarevaç İdman Mərkəzində baş tutan qarşılaşma maraqlı ssenari ilə davam edib.
Görüşdə yığmamız 7:1 hesabı ilə geri düşsə də, fərqi 2 topa qədər endirə bilib, amma yekunda məğlubiyətdən qaça bilməyib - 7:5.
Bu komandalar arasında dünən keçirilən ilk sınaq matçında millimiz 2:1 hesablı qələbə qazanıb.
Serbiya - Azərbaycan- 7:5
Qollar: Strahina Petrov, 0:35, 12:46, Stefan Rakiç, 16:38, Veroljub Vukadinoviç, 17:47, Vladan Vesiç, 21:50, 22:20, Aleksa Antoniç, 23:28 – Teles Thaqo, 20:57, 31:17, İsa Atayev, 29:45, Fineo, 34:51, Ramiz Çovdarov, 36:53
Serbiya: 12. Aleksa Antoniç (q), 2. Strahina Petrov, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 3. Nikola Matijeviç, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç,
Baş məşqçi: Qoran İvançiç
Azərbaycan: 1. Emin Kürdov (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 7. Ramiz Çovdarov, 16. Sezar Conatan, 12. Rövşən Hüseynli (q, k), 2. Samir Həmzəyev, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 14 Vitali Borisov, 17. İsa Atayev
Baş məşqçi: Joze Alesio Da Silva

