Çempionat hələ qurtarmayıb, bu baş məşqçi artıq Azərbaycandan çıxıb gedib

22 Dekabr 2017 00:10 Futzal 639
Çempionat hələ qurtarmayıb, bu baş məşqçi artıq Azərbaycandan çıxıb gedib

Bu gwn utzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 13-cü turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq ilk oyunda “FK.İD.Futsal” “Yasamal”la üz-üzə gələcək.

Bu komandalar arasında birinci dövrədə keçirilmiş oyunda “Fk.İD.Futsal” böyükhesablı qələbə qazanmışdı. Bu dəfə “Yasamal” oyuna fərqli baş məşqçinin rəhbərliyi ilə çıxacaq.

Rüfət Hüseynovun gəlişindən sonra daha inamlı təsir bağışlayan “Yasamal”ın son turlarda oyun planında geriləyən “FK.İD.Futsal”a ciddi müqavimət göstərəcəyi şübhəsizdi.

Mərkəzi oyunda isə “Neftçi” və “Araz” üz-üzə gələcək. Əzəli rəqiblərin duelinin maraqlı keçəcəyi gözlənilir. Böyük ehtimalla “Araz”ı oyuna Joze Alesio deyil, köməkçi-məşqçi Ağakərim Həsənov çıxaracaq. Çünki braziliyalı çalışdırıcı dünən vətəninə yollanıb.

Ötən oyunda “Neftçi”ni məğlub edərək üçüncü pilləyə yüksələn EKOL bu dəfə “Xəmsə”ni sınağa çəkəcək. Artıq bu oyunlara hakim təyinatları da açıqlanıb. Sözügedən təyinatları təqdim edirik:

12:30 FK.İD.Futsal – Yasamal FK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspketor: Ədilxan Hünbətov

14:30 Neftçi İK – Araz (CBC Sport, canlı)
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspketor: Ağarza Rzayev

16:00 EKOL – Xəmsə
Hakimlər: Elçin Məmmədov, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspketor: Arif Ağayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti