Azərbaycan çempionatında ilk baş məşqçi dəyişikliyi

18 Dekabr 2017 00:40 Futzal 629
Azərbaycan çempionatında ilk baş məşqçi dəyişikliyi

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında çıxış edən klublardan “Yasamal”da baş məşqçi dəyişikliyi baş verib.

Sportinfo.az xəbər verir ki, ilk turdan komandanı oyunlara çıxaran iranlı mütəxəssis Hamed Rza Fərzani bundan sonra futzal komandasına rəhbərlik etməyəcək.

Son iki oyunda “Yasamal”a başçılıq edən Rüfət Hüseynov bu postu tutub. Yeri gəlmişkən, bu, Yüksək Liqanın cari mövsümündə ilk baş məşqçi dəyişikliyidir. R.Hüseynov “Yasamal-2”nin həm kapitanı, həm də oynayan məşqçisidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti