Azərbaycanın futzal millisi beynəlxalq yarışda Rusiyaya uduzub

5 Dekabr 2017 14:48 Futzal 510
Azərbaycanın futzal millisi beynəlxalq yarışda Rusiyaya uduzub

Azərbaycanın futzal üzrə yığma komandası Tehranda keçirilən "Dörd millət turniri"ində keçirdiyi ikinci matçda Rusiyaya 4:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, ikinci turun digər oyununda İran Qazaxıstan üzərində 2:1 hesablı qələbə qazanıb.
Azərbaycan yığması dekabrın 6-da keçiriləcək üçüncü turda Qazaxıstan millisi ilə üz-üzə gələcək.

Mini-futbol. "Dörd millət turniri". II tur
Azərbaycan — Rusiya – 3:4 (0:2).
Qollar: Kardozo, 23, 28, Vassura, 40 – Milovanov, 15, Lıskov, 17, 31, Niyazov, 35.
İran – Qazaxıstan – 2:1 (0:0).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti