Millimiz və 3 rəqibi bu gün: İranda eyni sayda qol, eyni xal

3 Dekabr 2017 21:28 Futzal 641
Millimiz və 3 rəqibi bu gün: İranda eyni sayda qol, eyni xal

Bu gün İranda futzal üzrə “4 Top Nations” turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, milli komandamız da beynəlxalq yarışda iştirak edir.

Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. Cənub qonşularımızla artıq millilər səviyyəsində bir dəfə üz-üzə gəlmişik.

2016-cı ildə Kolumbiyada keçirilən futsal üzrə dünya çempionatında millimizlə birlikdə F qrupunda çıxış etmiş İran futzalçıları ilə yığmamız bərabərliyə razılaşmışdı.

Asiyanın güclülərindən olan rəqibimiz hazırda dünya sıralamasında “ilk 10”da yer alır. Bu dəfə də iki komanda arasındakı oyunda qalib müəyyənləşməyib.

Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar. Günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.

I tur

Rusiya - Qazaxıstan 3:3

İran – Azərbaycan 3:3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti