Myvideo TV-nin efirində "Futsal Time" verilişinin növbəti buraxılışı efirə gedib.
Sportinfo.az xəbər verir ki, canlı yayımda aparıcı Araz Əhmədovun qonaqları futzal üzrə beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, Yüksək Liqada mübarizə aparan "Marafon"un prezidenti Samir Məmmədov və futzala meyxana qoşması ilə tanınan Seymur Əliyev olub.
Canlı yayımda hakim səhvləri, futzal üzrə ölkə çempionatlarında olan problemlər müzakirə edilib. Efir zamanı Seymur Əliyev verilişə yeni meyxana qoşub.

