Yüksək Liqada 9-cu turun oyunları keçiriləcək. Bəs sarı vərəqə limitinə görə, bu dəfə hansı futzalçı komandasına kömək edə bilməyəcək?
Sportinfo.az xəbər verir ki, ötən tur “Neftçi” İK-dan Tural Qurbanov analoji limitə görə matçı tribunadan izləmişdi. Bu dəfə “Marafon Futsal”ın mövsümdə ikinci pokerinə imza atmış Seymur Məmmədova “qırmızı işıq” yandırılacaq.
Belə ki, o, 1-ci turda “FK İD Futsal”la, 4-cü turda “Yasamal”la, 7-ci turda “Neftçi” və 8-ci turda yenə “FK İD Futsal”la qarşılaşmada sarı vərəqə alıb.
Buna görə də futzalçı “Xəmsə” ilə oyunda komandasına kömək edə bilməyəcək. Beş oyunçunun isə aktivində 3 sarı vərəqə var və onlar təhlükəli zonanın biraddımlığında qərarlaşıblar.
Seymur Məmmədov (“Marafon Futsal”) – 4
Hamed Khodaei (“Marafon Futsal”) – 3
Mortoza Cahandost (“Yasamal”) – 3
Reza Toloui (“Yasamal”) – 3
Fərid Ələkbərov (EKOL) – 3
Nihad İsmayılov (“FK.İD.Futsal”) – 3

