7-ci turun təyinatları

13 Noyabr 2017 18:24 Futzal 577
7-ci turun təyinatları

Futzal üzrə Yüksək Liqada 7-ci turun oyunlarına təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab edilən və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq “Marafon Futsal” - “Neftçi” oyununu FİFA referiləri idarə edəcək.

Elə həmin qarşılaşmanın hakimlərinin işini də FİFA hakim-inspektoru qiymətləndirəcək. Noyabrın 15-də, Bakı İdman Sarayında keçiriləcək tura təyinatları diqqətinizə çatdırırıq:

15 noyabr

14:30 Marafon Futsal - Neftçi İK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Murad Məmmədov

16:00 Araz - Xəmsə
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Əli Cəbrayılov
Hakim-inspektor: Ələkbər Məmmədov

17:30 Yasamal FK - EKOL
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Aydın Gözəlov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti