Pulu qurtaran Bakı klubu Azərbaycan çempionatını tərk etdi

13 Noyabr 2017 17:24 Futzal 801
Pulu qurtaran Bakı klubu Azərbaycan çempionatını tərk etdi

Futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edən Bakının “Qrafika” komandası futzal federasiyasına müraciət edərək yarışda iştirakını dayandırdığını bildirib.

Sportinfo.az xəbər verir ki, bunu nəzərə alan federasiya rəhbərliyi bir müddət əvvəl Slovakiyada keçirilən seçmə mərhələdə iştirak etmiş 17 yaşadək futzalçılardan ibarət milli komandanı çempionata dəvət edib.

İki ildən sonra bu komandalar arasında Avropa çempionatının keçiriləcəyini nəzərə alan federasiya həmin turnirdə iştirak edəcək milli komandanın formalaşdırılması üçün işlərə start verib.

İlkin variantda həftədə 2 dəfə məşq keçəcək yeniyetmələr güclərini Birinci Liqada da sınayacaq. Komandaya yenə Fuad Rzayev rəhbərlik edəcək. Baş məşqçi mütəmadi olaraq gənc futzalçılar arasında seçim edəcək.

Maliyyə problemi yaşayan "Qrafika"nın cari mövsümdəki nəticələri U-17-nin hesabına yazılacaq.“Qrafika”nı U-17 əvəz edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti