Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turun açılış oyununda “Yasamal”la “FK.İD.Futsal” qarşılaşıb. “FK.İD.Futsal” rəqibini 10:3 hesabıyla yenib.
Turun ikinci oyunu gərginliyi seçilib. 8 qolun vurulduğu oyunda “Xəmsə” EKOL-a uduzub – 3:5.
Turun son oyununda əzəli rəqiblər üz-üzə gəlib. “Neftçi” ilə oyunda “Araz” 2 qol vursa da, bu, qələbə üçün yetərli olmayıb.











