Turun vaxtı dəyişdirildi - dövlət əhəmiyyətli tədbirə görə

5 Noyabr 2017 17:58 Futzal 618
Turun vaxtı dəyişdirildi - dövlət əhəmiyyətli tədbirə görə

Futzal üzrə Yüksək Liqada 6-cı turun oyunlarının keçirilmə tarixi dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, noyabrın 8-də və 9-da Bakı İdman Sarayında dövlət əhəmiyyətli tədbir təşkil ediləcək.

Buna görə də turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 8-də deyil, bir gün əvvəl – ayın 7-də keçiriləcək.

Tura “Yasamal” - “FK İD Futsal” oyunu ilə start veriləcək və bu qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Turun oyun cədvəlinni diqqətinizə çatdırırıq:

14:30 “Yasamal” - “FK İD Futsal”
16:00 “Xəmsə” – EKOL
17:30 “Araz” – “Neftçi”

Bakı İdman Sarayında keçiriləcək oyunlara giriş pulsuzdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti