2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının futzal üzrə təsnifat mərhələsinə start verilib.
17 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Slovakiyada mübarizəyə başlayıb. Yığmamız qrup mərhələsinin ilk matçında meydan sahibləri ilə qarşılaşıb.
Slovakiya futzalçıları komandamıza qarşı amansız olublar – 12:0. Qrupumuzdakı digər matçda Rusiya Hollandiyanı böyük hesabla məğlub edib – 7:2.
Millimiz bu gün baş tutacaq II turda Rusiya ilə görüşəcək. Sportinfo.az-ın məlumatına görə, millimiz bu yarışa FİFA-nın dəvəti ilə yollanıb. Belə ki, ölkəmiz dünya reytinqində ilk “10-luq”da olduğu üçün burda iştirakımız tövsiyyə olunub.
Komanda isə son 1 ayda formalaşdırılıb. Federasiyanın prezidenti Zaur Axundov bu işi “Böyrək Fuad” ləqəbli Fuad Məmmədova tapşırıb. O isə ciddi hazırlıq keçmədən tanıdığı gəncləri bir araya gətirib və Slovakiyaya aparıb.
|
1 |
Slovakiya |
1 |
1 |
0 |
0 |
12-0 |
3 |
|
2 |
Rusiya |
1 |
1 |
0 |
0 |
7-2 |
3 |
|
3 |
Hollandiya |
1 |
0 |
0 |
1 |
2-7 |
0 |
|
4 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
0-12 |
0
|

