Baş məşqçi oyun vaxtı bir zərbə ilə hakimi nokauta saldı - VİDEO

27 Oktyabr 2017 11:24 Futzal 780
Baş məşqçi oyun vaxtı bir zərbə ilə hakimi nokauta saldı - VİDEO

Ukraynada həvəskarlardan ibarət "Viva Cup" futzal komandasının "Virta" ilə keçirdiyi oyun zamanı insident baş verib.

Sportinfo.az xəbər verir ki, "Viva Cup"un baş məşqçisi və rəhbəri Roman Peradze görüşün baş hakimi Vasili Çerniçenkonu bir zərbə ilə nokauta salıb.

Bu, referinin komandanın oyunçusuna ikinci sarı vərəqə verərək onu meydandan qovmasından sonra olub. Nəticədə oyun dayandırılıb və Peradzenin komandasına texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM