"Təəssüf, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq"

15 Oktyabr 2017 00:53 Futzal 584
"Təəssüf, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq"

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində son oyununu keçirən “Araz” Rumıniya çempionu “Deva” ilə qarşılaşıb və 3:6 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, mübarizəni dayandıran təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı açıqlama verib:

“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdən üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq. Əvəzində özümüz yaratdığımız epizodları sağa-sola xərclədik.

Halbuki onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdi bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti