"Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq" - "Araz"ın qapıçısı

12 Oktyabr 2017 11:48 Futzal 568
"Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq" - "Araz"ın qapıçısı

“Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı.

Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".

Sportinfo.az-ın məlumatına görə, bunu "Araz"ın qapıçısı Rövşən Hüseynli Bosniya və Herseqovinanın "Mostar" komandasına 5:2 hesabı ilə qalib gəldikləri futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin ilk tur oyunundan sonra deyib.

26 yaşlı qolkiper Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında "Mostar"la görüşdə xüsusən standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini vurğulayıb.

Onun fikrincə, artıq “Mostar”la oyunu unutmaq lazımdır: "Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.

Rumıniyada keçirilən UEFA Kubokunun əsas mərhələsinin VIII qrupunun oyununda "Araz" bu gün Maltanın "Sent Endryus" komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti