Naxçıvan klubu Rumıniyada UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayır

11 Oktyabr 2017 09:12 Futzal 614
Naxçıvan klubu Rumıniyada UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayır

Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq. Sportinfo.az xəbər verir ki, VIII qrupda yer alan Naxçıvan təmsilçisi B yolunda 3 rəqiblə qüvvəsini sınayacaq.

Bunlar Rumıniyanın “Deva”, Maltanın “Sent Endryus”, eləcə də Bosniya və Herseqovinanın “Mostar” kollektivləridir. Joze Alesionun baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçını "Mostar"a qarşı keçirəcək.

Rumıniyanın Deva şəhərində İdman Sarayında baş tutacaq oyunlar 4 günü əhatə edəcək. Yalnız qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazanacaq.

I tur, 11 oktyabr
17:30. “Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina)
20:00. “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta)

II tur, 12 oktyabr
17:30. “Sent Endryus” – “Araz”
20:00. “Deva” – “Mostar”

III tur, 14 oktyabr
17:30. “Mostar” - “Sent Endryus”
20:00. “Araz” - “Deva”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti