Braziliyalı UEFA Kubokunda "Araz"a kömək edə bilməyəcək

8 Oktyabr 2017 15:14 Futzal 638
Braziliyalı UEFA Kubokunda "Araz"a kömək edə bilməyəcək

UEFA Kubokuna hazırlığını davam etdirən “Araz” əsas oyunçularından birinin xidmətindən yararlana bilməyəcək.

Sportinfo.az xəbər verir ki, milli komandanın da formasını geyinən Everton Kardosa zədələnib. Məşq prosesində ciddi zədə alan Kardosa UEFA Kubokunun oyunları üçün Rumıniyaya yollanacaq heyətdə yer almayacaq.

Əməliyyat keçirən futzalçının 10-15 gündən sonra yüngül məşqlərə start verməsi gözlənilir. “Araz” elit-raunda iştirak hüququ qazanacağı təqdirdə futzalçı meydana çıxmaq üçün hazır olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM