"Neftçi" qəsdən uduzmadı ki?

6 Oktyabr 2017 18:36 Futzal 659
"Neftçi" qəsdən uduzmadı ki?

UEFA Kubokunun əsas mərhələsinə hazırlaşan “Araz” yoxlama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, ölkə çempionu Yüksək Liqanın iddialı komandalarından hesab edilən “Neftçi” İK ilə qarşılaşıb.

Oyun “Araz”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vilela (3:15) və Rizvan Fərzəliyev (12:34) vurub.

“Araz” UEFA kubokunun əsas mərhələsi çərçivəsində oyunlarını oktyabrın 11-də, 12-də və 14-də keçirəcək.

İlk oyunda “Mostar”la (Bosniya və Herseqovina) üz-üzə gələcək təmsilçimiz növbəti matçını “Luxol ST Andreus” (Malta) klubuna qarşı keçirəcək.

Son oyun günündə isə “Araz” “Deva” (Rumıniya) ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın Deva şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM