İspaniya və Fransa - Avropa çempionatında Azərbaycanın rəqibi

29 Sentyabr 2017 15:00 Futzal 572
İspaniya və Fransa - Avropa çempionatında Azərbaycanın rəqibi

Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Alesio da Silvanın baş məşqçi olduğu komanda İspaniya və Fransa ilə birgə D qrupuna düşüb.

Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək. Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edib.

Püşkatmanın nəticələri:
A qrupu: Sloveniya, İtaliya, Serbiya,
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, AZƏRBAYCAN, Fransa

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti