Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək

28 Sentyabr 2017 17:48 Futzal 708
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri sentyabrın 29-da müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək tədbirə UEFA prezidenti Aleksander Çeferin də qonaq qismində qatılacaq.

Mərasim sabah saat 14:00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edəcək.

Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək. Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:

Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM