Azərbaycanda bir komandaya 22 cavabsız qol vuruldu

1 Mart 07:20 Futzal 692
Azərbaycanda bir komandaya 22 cavabsız qol vuruldu

Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, lider “Araz-Naxçıvan” son turlarda böyükhesablı məğlubiyyətləri sıralayan “Record club”la üz-üzə gəlib.

Daha çox məşq xarakteri daşıyan matç “qırmızı-ağlar”ın qələbəsi ilə başa çatıb. U-19 isə “Neftçi”yə 13 dəqiqə müqavimət göstərə bilib.

Təcrübəli futzalçılara sahib “ağ-qaralar” sonrakı dəqiqələrdə fərqi artırmağı bacarıb. Son matç gərgin keçib. Favorit “Baku Fire” aktivinə 3 xal yazırmaqla “Neftçi”nin yerdəyişmə etməsinə imkan verməyib.

Araz-Naxçıvan – Record club (8:0) 22:0

Qollar: Novruz Kazıxanov, 2:30, 33:02, 35:15, Miloş Todoriç, 7:54, 29:09, Xəzər Ağalızadə, 8:16, 17:50, 22:33, 28:21, Həsənəli Rəhimov, 11:17, 19:43, Məhəmməd Abbasov, 13:12, 29:48, 35:40, 36:10, Lukas Romao, 17:05, 34:29, Arzu Abbasov, 25:23 (ö/q), Diaqo Auqusto, 26:42, Andre Junior, 37:48, Emil Həsənzadə, 38:14, 39:56

Neftçi İK – U-19 (5:1) 15:1

Qollar: Amir Şojaei, 13:11, Mirzə Əmirov, 14:16, Fərid Atakişiyev, 17:49, Əjdər Əjdərov, 18:20, Reza Abgoun, 19:10, 21:42, 34:03, 38:00, 38:57, Vahib Xocayev, 30:30, 37:51, Alireza Bayat, 31:53, Şahbaz Həndəmli, 32:41, 35:02, Ülvi Əliyev, 39:45 // Rəvan Məşiyev, 15:33

Baku Fire – Yasamal Bakı (2:1) 6:3

Qollar: İaqo Henrique, 4:44, Oktay Rüstəmli, 15:38, 32:06, Oruc Baxəlizadə, 22:17, Tofiq Mikayılov, 25:13, Kənan Manafov, 37:30 // Adil İsmayılov, 10:04, 36:00, Rüstəm Bağırov, 33:37

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!