Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. xəbər verir ki, Azərbaycan milli komandası dünyanın 10 ən güclü kollektivi sırasındakı mövqeyini qoruyub saxlayıb.
Belə ki, yığmamız 1445 xalla yenə 10-cu pillədə qərarlaşıb. Birinci yerdə Braziliya, ikinci pillədə İspaniya, üçüncüdə isə Rusiya yığması qərarlaşıb. İlk “onluq”da bütövlükdə bu komandalar qərarlaşıb:
1. Braziliya - 1929
2. İspaniya – 1872
3. Rusiya - 1765
4. Argentina - 1685
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan – 1445

