Azərbaycan millisinin baş məşqçisi şikayətçidir: "Razı deyiləm"

12 Aprel 13:35 Futzal 661
Azərbaycan millisinin baş məşqçisi şikayətçidir: "Razı deyiləm"

"Komandanın fiziki hazırlığından razı deyiləm".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə millinin baş məşqçisi Vitali Borisov deyib.

41 yaşlı mütəxəssis Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb:

“Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil.

Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti "Araz-Naxçıvan"da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi.

Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.

V.Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib:

“Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tbilisiyə aparılmayacaq. Hazırda komandanda əhval-ruhiyyə yüksək səviyyədədir".

Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU