Azərbaycan klubunun EFA kubokunda oyunlarının vaxtı açıqlandı

7 Sentyabr 2017 19:24 Futzal 751
Azərbaycan klubunun EFA kubokunda oyunlarının vaxtı açıqlandı

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az-ın UEFA-nın saytına istinadən yaydığı məlumata görə, H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu “Araz” oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz Maltanın “Luksol Sent Endryu” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda “Deva” (Rimıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Araz"ın hər üç oyunu Rumıniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM