Futzal üzrə UEFA kubokunun ilk qrup mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, yarışa əsas mərhələdən başlayacaq Azərbaycan çempionu “Araz”ın son iki rəqibi də müəyyənləşib.
Bosniya və Herseqovinanın “Mostar” klubu E qrupunda bütün oyunlarda qalib gələrək təmsilçimizə rəqib olub. Püşkə görə “Araz”la bir qrupda E qrupunun da qalibi oynamalı idi. Lakin məsələ ondadır ki, bu qrupda Ermənistan “Leo Futzal”ı 1-ci yeri tutub.
Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarınə qadağa edən UEFA bu üzdən dəyişiklik edib. Nəticədə “Leo Futzal” V qrupa göndərilib. Əvəzində C qrupunun qalibi, Malta çempionu “Luksol Sent-Endryu” Naxçıvan təmsilçisinə rəqib olub.
Beləliklə, Rumıniyada baş tutacaq VIII qrupun oyunlarında “Araz” yerli “Deva” ilə yanaşı, “Luksol Sent Endryu” (Malta) və “Mostar”la (Bosniya və Herseqovina) qarşılaşacaq. Əsas mərhələnin oyunları oktyabrın 10-15-də keçiriləcək. Qrupda yalnız 1-ci yerin sahibi elit-raunda vəsiqə qazanacaq.

