Qazaxıstan milli komandası Azərbaycanda iki yoxlama oyunu keçirəcək

23 Avqust 2017 10:00 Futzal 705
Qazaxıstan milli komandası Azərbaycanda iki yoxlama oyunu keçirəcək

Futzal üzrə Qazaxıstan millisi 2 yoxlama oyunu keçirmək üçün Azərbaycana gələcək. Sportinfo.az qonşu ölkənin "Kayrat" klubunun rəsmi saytına istinadən xəbər verir ki, matçlar 23 və 24 sentyabrda nəzərdə tutulub. Qazaxıstan yığmasının hansı komanda ilə qarşılaşacağı barədə məlumat verilmir.

İyunda Joze Alesio Da Silva yenidən Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Bunadək 2009 - 2014-cü illərdə də yığmaya rəhbərlik edən braziliyalı mütəxəssis son olaraq məhz Qazaxıstanda çalışıb. Joze Alesio bu ölkənin “Kayrat” klubunun və milli komandasının baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti