“Araz”ın prezidenti Zaur Axundov həm də Azərbaycan Futzal Federasiyasının prezidentidir. Hazırda ölkədə nəinki bir klubun, ümumilikdə futzalın inkişafı ilə bağlı problemlər var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın futzal millisinin baş məşqçisi Sergey Skoroviç “Futbolrevyu”ya müsahibəsində deyib.
Müsahibədə Azərbaycan futzalı və “Araz” ilə bağlı sualı da cavablandıran mütəxəssis qeyd edib ki, dünyada yaşanan maliyyə böhranı bu sahədəki duruma da təsir edib: “Azərbaycan iqtisadiyyatı neftdən və qazdan əldə olunan dollardan asılıdır.
Neftin qiyməti 100 dollar olanda vəziyyət başqa idi, amma qiymət artıq 50 dollara düşəndə bir neçə klub saxlamaq və legionerlərlə müqavilə bağlamaq çətin olur. Ona görə də futzalın flaqmanına (“Araz” nəzərdə tutulur – red.) şərait yaradılır. Gələcəkdə nə olacağını isə zaman göstərəcək”.

