Azərbaycan millisinin baş məşqçisi: "Gücümüz çatmadı"

20 Sentyabr 2022 02:10 Futzal 545
Azərbaycan millisinin baş məşqçisi: "Gücümüz çatmadı"

"Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim.

Oyunun gedişində bunun fəsadlarını yaşadıq".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis birinci hissədən razı qaldığını bildirib:

"İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər.

Buna görə də fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə gücümüz çatmadı. Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular".

O, iki oyunçunun zədələndiyini söyləyib: "Eduardo Borges oyunu davam etdirə bilmədi. Everton Kardoso isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi.

Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədəsi var".

Alesio bu oyunun Polşa və Yunanıstanla matçlara hazırlıq baxımından yaxşı sınaq olduğunu əlavə edib.

Qazaxıstan və Azərbaycan yığmaları arasında ikinci oyun sentyabrın 20-də keçiriləcək.

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı