Azərbaycan yığması səfərdə Qazaxıstana uduzdu

20 Sentyabr 2022 01:20 Futzal 373
Azərbaycan yığması səfərdə Qazaxıstana uduzdu

Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan yığm

Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.

Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.

Yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.

Qazaxıstan – Azərbaycan (1:3) 5:3

Aktau, Halyk Arena.

Hakimlər: Talqat Kosmukhambetov, Turekhan Tursumbayev, Roman Dzusov

Qollar: Edson, 12:38, 32:27, 39:07, Duqlas, 34:36, Albert Akbalıkov, 37:49 // Ramiz Çovdarov, 6:06, 15:28, Vilela, 11:04

Sarı vərəqə: Vilela, 27:11

Xəbər Lenti