"Azərbaycanla oyunda anşlaq və yaxşı dəstək gözləyirik"

16 Sentyabr 2022 09:00 Futzal 837
"Azərbaycanla oyunda anşlaq və yaxşı dəstək gözləyirik"

Futzal üzrə Qazaxıstan millisinin Kaka sentyabrın 19 və 20-də Azərbaycana qarşı Aktau şəhərində keçiriləcək yoxlama görüşləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, milli komandamızın veteran futzalçısı hər iki görüşdə anşlaq olacağına inandığını bildirib:

"Sevindirici hal odur ki, Qazaxıstan millisi oyunlarını təkcə Nur-Sultan və Almatıda keçirmir. Bu, futzalın populyarlığı və inkişafı baxımından irəliyə atılmış addımdı.

Azərbaycanla oyunda anşlaq və yaxşı dəstək gözləyirik. Aktaulular əla atmosfer yarada bildiklərini bir neçə dəfə sübut ediblər.

Bu, həm də Dinmuhabet Süleymanovun vida matçı olacaq. Hamımız bilirik ki, Dimaş Qazaxıstan futzalının simvoludu.

O, əla vidaya layiqdi. Bu, sentyabrın 19-da Azərbaycana qarşı görüşdə baş verəcək".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”