Azərbaycan klubu İrandan 2 legioner gətirdi: "Razı qaldım" - FOTOLAR

15 Sentyabr 2022 11:40 Futzal 686
Azərbaycan klubu İrandan 2 legioner gətirdi: "Razı qaldım" - FOTOLAR

Yüksək Liqadanın yeni mövsümünə hazırlığını davam etdirən “Baku Fire” yoldaşlıq oyunu keçirib.

Komanda Bakıda təlim-məşq toplanışında olan Türkmənistan millisi ilə üz-üzə gəlib.

Görüş Yüksək Liqa iştirakçısının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında orta asiyalılarla qarşılaşmanın əhəmiyyətindən söz açıb:

“Çempionatın başlanmasına az bir müddət qalmış Türkmənistan kimi rəqiblə oyun bizə hava və su kimi lazım idi.

Onların oyununa bələd deyildik, ona görə də matçın əvvəli bizim üçün bir az çətin keçdi. Ümumiyyətlə, Türkmənistan yığması fiziki çəhətdən daha hazirlıqlıdır.

Öz komandamıza gəlincə, iki əsas oyunçumuzun oynaya bilməməsi işimizi bir az çətinləşdirdi, qol epizodları yaratmaqda problem yaşadıq.

Yeni oyunçuların, o cümlədən, iranlı legionlerin komandamızdakı ilk ciddi sınağında özlərini necə göstərəcəyi mənim üçün də maraqlı idi. Razı qaldım.

Komandımızın oyununu dəyərləndirsək, yaxşı oynadıq. Minimal hesabla məğlub olsaq da, fərqlənmək üçün bir neçə real qol imkanlarından yararlana bilmədik.

Səhvlərimiz üzərində işləyib, Azərbaycan çempionatının birinci turuna kimi hazır olmalıyıq. Ona kimi daha iki yoldaşlıq görüşü keçirəcəyik. Növbəti oyunumuz birinci liqadakı ikinci komandamızla olacaq“.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!