Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı – VİDEO+FOTOLAR

15 Sentyabr 2022 02:20 Futzal 522
Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı – VİDEO+FOTOLAR

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca püşk atılıb. Yüksək Liqanın ilk turunda bu komandalar görüşəcəklər:

26 sentyabr

Baku Fire – Neftçi İK

U-19 – Record cklub.az

Araz-Naxçıvan – Alyans (Lənkəran)

Yüksək Liqada komandalar 4 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək.

Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finalda, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək.

Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"