Azərbaycan çempionunun oyunlarının təqvimi bəlli oldu

13 Sentyabr 2022 03:20 Futzal 706
Azərbaycan çempionunun oyunlarının təqvimi bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istiandən xəbər verir ki, Naxçıvan təmsilçisi oktyabrın 26-da İsveçin "Orebro" klubu ilə qarşılaşacaq.

Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv bir gün sonra isə "Loznika Qrad"(Serbiya), oktyabrın 29-da isə Bosniya və Herseqovinanın "Mostar" komandası ilə qarşılaşacaq.

Bütün oyunlar Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən "Mithad Hujdur Hujka Arena"da oynanılacaq. Qrup qalibi olanlar elit-raunda yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq