“Zaur Axundovun üzərimdə böyük haqqı var, bunu özümə mənəvi borc bildim”

12 Sentyabr 2022 20:40 Futzal 852
“Zaur Axundovun üzərimdə böyük haqqı var, bunu özümə mənəvi borc bildim”

Xəbər verdiyimiz kimi, Azərbaycan Futzal Federasiyasında yeni təyinat gerçəkləşib.

Eldəniz Yusifov 17 və 19 yaşadək futzalçılardan ibarət millinin meneceri təyin edilib.

18 ilə yaxın müddətdə klub sektorunda çalışmış, özü haqda kifayət qədər müsbət reputasiya formalaşdırmış E.Yusifov daha əvvəl "Keşlə"də (hazırkı "Şamaxı") eyni vəzifəni yerinə yetirib.

Tanınmış və təcrübəli kadr "Neftçi" və AZAL-da da fəaliyyət göstərib. O, yeni təyinatı ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Şamaxı” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundov istefa verəndən sonra mən də işimdən ayrıldım. Zaur müəllim futbolda qalmağımı və uyğun təklif olduğu halda, qəbul etməyimi məsləhət gördü.

Yəni seçim sərbəstliyi verdi ki, uzun illər çalıdığım sahədən uzaq düşməyim. Eyni zamanda, bildirdi ki, həmişə yanımda sənə yer var.

Dogrusu, özüm də Zaur müəllimin yanında çalışmaq istəyirdim və buna görə də yeni iş yeri axtarmağa xüsusi həvəs göstərmədim.

Düzdür, adını çəkmək istəmədiyim Premyer Liqanın iki klubundan təklif almışdım.

Lakin dediyim kimi, üzərimdə böyük haqqı olan Zaur Axundovun rəhbərlik etdiyi Futzal Federasiyasında işləməyi həm də özümə mənəvi borc bildim.

Artıq bir müddətdir ki, federasiyada menecer kimi fəaliyyətə başlamışam. İnanıram ki, futbolda qazandığım böyük təcrübə “kiçik futbol”da mənə kömək edəcək.

Mən də bütün bacarığımı futzalın inkişafına yönəltməyə hazıram. Qarşıda böyük məqsədlər durur.

Ölkə futzalının əvvəlki əzəmətini yenidə qaytarmaq və mahiyyətcə yeni səviyyəyə qaldırmaq istəyirik. Mən də bu işin bir parçası, qazanılacaq ugurlarda pay sahibi olmaq istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA