Tanınmış klub funksioneri millinin meneceri təyin edildi

12 Sentyabr 2022 16:20 Futzal 1 032
Tanınmış klub funksioneri millinin meneceri təyin edildi

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, Eldəniz Yusifov 17 və 19 yaşadək futzalçılardan ibarət millinin meneceri təyin edilib.

18 ilə yaxın müddətdə klub sektorunda çalışmış, özü haqda kifayət qədər müsbət reputasiya formalaşdırmış E.Yusifov daha əvvəl "Keşlə"də (hazırkı "Şamaxı") eyni vəzifəni yerinə yetirib.

Tanınmış və təcrübəli kadr "Neftçi" və AZAL-da da fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq