Azərbaycan millisinin oyunçusu "Ştutqart"la anlaşdı

11 Sentyabr 2022 23:20 Futzal 1 881
Azərbaycan millisinin oyunçusu "Ştutqart"la anlaşdı

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Fərid Atakişiyev Almaniya Bundesliqasında oynayacaq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a bu barədə futbolçu özü məlumat verib.

O, "Ştutqart"la bir illik müqavilə imzalayıb.

Bir müddət əvvəl Almaniya klubuna Çempionlar Liqasının oyunlarında kömək olmaq üçün qısamüddətli müqavilə imzalamış Atakişiyevə klub rəhbərliyi yeni müqavilə təklifi edilib.

Ötən mövsüm Bundesliqa çempionu olmuş "Ştutqart"ın 1 illik müqavilə təklifilə razılaşan Fərid viza məsələlərini həll etdikdən sonra Almaniyaya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq