Bakı klubu qarşısına daha ciddi məqsəd qoydu - İki legioner gətirirlər

7 Sentyabr 2022 11:59 Futzal 900
Bakı klubu qarşısına daha ciddi məqsəd qoydu - İki legioner gətirirlər

«Komandamız 2 aylıq fasilədən sonra məşqlərə start verib.

Artıq 1 aydır ki, növbəti sezona hazırlıqlarımız davam edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Fire»nin baş məşqçisi Teymur Eyvazov deyib.

Sentyabrın 13-də futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılacaq.

Çempionatda iştirak üçün 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord club az”, “Alyans” FK (Lənkəran) və U-19 qeydiyyatdan keçib.

Yarışa sentyabrın 26-da start veriləcək.

Ötən mövsüm Yüksək Liqada 4-cü pilləni tutan “Baku Fire” qarşıdakı “futzal ili“ndə daha iddialı olacaq. Hər halda gənc mütəxəssis bunun üçün çalışacaqlarını bildirib:

“İlk 6 məşqimiz seleksiya xarakteri daşıdı. Həmin çalışma periodunda keçən sezonda komandamızın formasını geyinmiş bütün oyunçuları və yeni baxışa gələnləri sınadıq.

Komandamız tam formalaşmasa da, müəyyən oyunçularla anlaşdıq.

Bildiyiniz kimi, «Baku Fire-2» əsasən cavan futzalçılardan ibarətdir. Ötən mövsüm Birinci Liqada iştirak edən komandamızdan 5 oyunçunu artıq Yüksək Liqada oynatmağı düşünürəm,

Bundan əlavə, heyətə 2 legioner qatmağı planlaşdırırıq. Çempionata qədər 3-4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq.

Rəqiblərimiz arasında təlim-məşq toplanışı keçmək üçün Bakıya gəlmək istəyən Türkmənistan yıgması da var.

Yüksək Liqada mübarizə sentyabrın sonu start götürəcək və ona kimi komandamı formalaşdırmağa çalışacam. Hədəfimiz isə sonuncu sezondakı nəaliyyətimizi yaxşılaşdırmaqdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA