Azərbaycan klubunun ÇL-dəki sonuncu rəqibi də bilindi

28 Avqust 2022 23:20 Futzal 946
Azərbaycan klubunun ÇL-dəki sonuncu rəqibi də bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi də müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan Serbiya təmsilçisi maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə 25-30 oktyabr tarixlərində keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq