Yayılmış xəbərlər düz çıxmadı – Federasiya bu mövsüm yalnız 1 kluba pul verəcək

9 Avqust 2022 17:40 Futzal 610
Yayılmış xəbərlər düz çıxmadı – Federasiya bu mövsüm yalnız 1 kluba pul verəcək

Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.

2022/2023 mövsümündə 6 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.

Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.

Ötənilki iştirakçılardan EKOL və “Xilə” fəaliyyətini dayandırıb. Birinci və İkinci Liqa təmsilçiləri isə maliyyə azlığı səbəbindən elitada yarışmaqdan çəkinib.

Azərbaycan Futzal Federasiyasının Yüksək Liqaya mübarizə aparacaq komandalara maddi yardım göstərəcəyi ilə bağlı kluarlarda xəbərlər yayılsa da, bu, təsdiqini tapmayıb.

Təşkilatçı qurum yalnız “Araz-Naxçıvan”a vəsait ayıracaq, digərləri isə öz imkanları hesabına ayaqda qalmalıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti