"Heyətimizi gücləndirmək istiqamətində işlər görülür"

25 İyul 2022 09:20 Futzal 707
"Heyətimizi gücləndirmək istiqamətində işlər görülür"

"Çalışacağıq ki, yaxşı hazırlı keçək və oyunlara tam hazır olaq".

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkünü dəyərləndirib.

"Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək.

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.

Braziliyalı mütəxəssis oyunlara hazırlaşmaq üçün vaxtlarının olduğunu söyləyib:

"Rəqiblərimizi analiz edəcəyik. Serbiya və Gürcüstan təmsilçisi haqqında ətraflı məlumatım yoxdur. Həm də onlar favorit olsalar da, biz ilkin mərhələnin yekununu gözləməliyik.

Yenə deyirəm, vacib olan bizim hazırlığımızdır. Buna da maksimum dərəcədə nail olmağa çalışacağıq. Heyətimizi gücləndirmək istiqamətində işlər görülür.

Məşqlər başlayanadək bu proses başa çatacaq. Təəssüf ki, bu mərhələnin oyunlarında Felipinyo bizə kömək edə bilməyəcək”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"