Azərbaycan çempionu “Neftçi”nin oyunçusunu heyətinə qatdı

22 İyul 2022 11:20 Futzal 940
Azərbaycan çempionu “Neftçi”nin oyunçusunu heyətinə qatdı

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu son olaraq “Neftçi” İK-da çıxış edən Oktay Rüstəmlini heyətinə cəlb edib.

28 yaşlı futzalçının müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

“Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb.

Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”