Azərbaycan çempionatında komanda sayı yenidən azaldılır

15 İyul 2022 14:40 Futzal 873
Azərbaycan çempionatında komanda sayı yenidən azaldılır

Azərbaycan Futzal Federasiyası (AFF) yeni mövsümlə bağlı bəzi dəyişiklərə əl atıb.

Qurum Birinci və İkinci Liqa iştirakçılarının sayını azaltmaq qərarına gəlib.

Ötən sezjon hər iki çempionatda eyni sayda – 14 komanda öz qüvvəsini sınayıb. AFF gələn «futzal ili»ndə yarışmaçıların sayını 10-a endirməyi lazım bilib.

Səbəb? Federasiyanın 2022/23-ci il mövsümü üzrə büdcəsi azalmayıb. Sadəcə, AFF qənaət prinsipi seçib.

Təşkilatçı qurum meydança, hakim və icarə xərclərin bir hissəsindən bu yolla qurtulmaq fikrindədir. Büdcədə toplanacaq əlavə vəsait «Araz Naxçıvan»a sərf olunacaq.

Bilindiyi kimi, bölgə klubu UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Mübarizəyə əsas mərhələdən start verəcək Joze Alesionun komandası B yolunda yarışacaq.

Azərbaycan çempionu burada 5-ci qrupda yer alacaq.

Rəqiblər “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq.

Qrupun matçları Bosniya və Herseqovinada oynanılacaq. Əsas mərhələnin görüşləri 25-30 oktyabr tarixlərində keçiriləcək.

B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq. "Araz-Naxçıvan" rəhbərliyi baş məşqçidən məhz qrup qalibi olmağı tələb edib.

O da öz növbəsində yeni legionerlərin alınmasını istəyib və artıq 3 braziliyalı ilə müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"