Azərbaycan çempionu Braziliyadan 2 legioner gətirdi, qapıçısını geri qaytardı

15 İyul 2022 01:00 Futzal 4 057
Azərbaycan çempionu Braziliyadan 2 legioner gətirdi, qapıçısını geri qaytardı

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini üç oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu iki braziliyalı ilə anlaşıb.

Müdafiəçi Mateus Katataun və hücumçu Vitao ilə mövsümün sonunadək müqavilə imzalanıb.

“Araz-Naxçıvan” martda Rusiyanın “Torpedo” komandasına keçən qapıçı Rövşən Hüseynli ilə də bir illik sözləşmə bağlayıb.

Komanda UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək.

Azərbaycan təmsilçisi Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə üz-üzə gələcək.

Xəbər Lenti