Azərbaycan mövqeyini qorudu

1 İyul 2017 17:36 Futzal 609
Azərbaycan mövqeyini qorudu

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi əvvəl olduğu kimi 10-cu pillədə qərarlaşıb. Yığmamızın hesabında 1445 reytinq xalı var.

Siyahıya Braziliya millisi (1929) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1872) və Rusiya (1765) yığmaları təqib edirlər. İlk onluqda aşağıdakı yığmalar yer alıb:

1. Braziliya - 1929
2. İspaniya - 1872
3. Rusiya - 1765
4. Argentina - 1700
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan - 1445

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM