“Etiraf edim ki...” - Bu sözləri yığmamızın oyunçusu söylədi

15 Yanvar 2022 23:20 Futzal 476
“Etiraf edim ki...” - Bu sözləri yığmamızın oyunçusu söylədi

“Gürcüstanla oyun daha əhəmiyyətlidir”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər futzal üzrə yığmanın üzvü Ramiz Çovdarova məxsusdur.

Azərbaycan millisi AVRO-2022-nin D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək.

19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Çovdarov AVRO-2022-yə qələbə ilə başlamaq arzusunu gizlətməyib:

“Çünki qazanacağımız qələbə bizi əsas rəqiblərimizin birindən önə keçirəcək. Həm də start üçün 3 xal vacibdir.

Düzdür, Ukrayna ilə oyunu əsas götürəcəklər. Bəlkə də fikirləşəcəklər ki, oradakı kimi oynayacağıq.

Etiraf edim ki, həmin matçlara hazır deyildik. Amma indi fərqli durumdayıq. Bosniya və Herseqovinaya gəldikdə, onlarla Bakıda qarşılaşmışıq.

Qələbə qazansaq da, görüş kifayət qədər gərgin keçdi. Həm fiziki baxımdan, həm də kollektiv şəkildə güclü rəqibdir.

Hələ ki diqqətimizi Gürcüstanla matça yönəltməliyik. Bu görüşdə qazanılacaq nəticə digər oyun üçün də hədəflərimizi müəyyənləşdirəcək”.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi