Azərbaycan millisi Joze Alesio Da Silvaya həvalə olundu - RƏSMİ

29 İyun 2017 11:48 Futzal 901
Azərbaycan millisi Joze Alesio Da Silvaya həvalə olundu - RƏSMİ

Futzal üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə yenidən Joze Alesio Da Silvaya həvalə olunub.

Braziliyalı mütəxəssis həmyerlisi Biro Jadeni əvəzləyib. Joze Alesio da Silva 2009 - 2014-cü illərdə də Azərbaycan millisinə rəhbərlik edib. O, 2008/2009 mövsümündə “Araz Naxçıvan”ın da baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM