Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamıza yeni baş məşqçinin yaxın 1 həftə ərzində təyin olunacağını bildirib. Sportinfo.az xəbər verir ki, o, bunu sport24.az-a verdiyi açıqlamada söyləyib.
Federasiya başçısı namizədlərin hansı ölkələrdən olduğuna dair sualımızı da cavablandırdı: “Bilirsiniz ki, müqavilə bağlamayınca, ad açıqlamıram. Bağlansa belə, rəsmi anlaşma əlimə çatmayadən onu açıqlamıram. Kimsə deyə bilər ki, filansək orda qol çəkdi, “whatsapp”la göndərdi.
Ancaq bunu da qəbul etmirəm, inanmıram. Müqavilənin əsli gərək masamın üstündə olsun. Rusiyadan da, Ukraynadan da, Braziliyadan da olan mütəxəssislərlə danışıqlar gedir. Bu 3 istiqamətdə işlər görülür. Fikirləşirəm ki, ən uzağı 1 həftəyə bu məsələ həll olunacaq”.

