Millimiz hələ də dünyanın 10 komandasından biridi - REYTİNQ

1 İyun 2017 00:40 Futzal 699
Millimiz hələ də dünyanın 10 komandasından biridi - REYTİNQ

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi yenə dəyişməyib. Lakin yığmamızın hesabına 4 xal əlavə olunub. Nəticədə millimizin xal hesabı 1445-ə qalxıb. Artıma baxmayaraq yığmamız hələ də planetin 10-cusudu. Planetin 10 ən güclü komandasının mövqeyi isə uzun müddət olduğu kimi yenə dəyişməz qalıb:

1. Braziliya - 1929
2. İspaniya – 1872
3. Rusiya - 1765
4. Argentina - 1700
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan – 1445

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti