Rəşad Sadıqovun qardaşı "Qarabağ"ın baş məşqçisi oldu

26 May 2017 15:48 Futzal 1 635
Rəşad Sadıqovun qardaşı "Qarabağ"ın baş məşqçisi oldu

Millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən ildən yeni işinin əsasını qoyub. Məşqçiliyə başlayıb. Hələlik bu iki işi paralel aparır. Həm oynayır, həm də oynadır.

Siftəni yaxşı gətirib. "Qarabağ"ın 19 yaşlıları ölkə çempionu olub, ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb. Özü isə eyni zamanda təhsilini artırır. İki ilin içində B və A kateqoriyası alıb. hazırda isə "Pro" kurslarının üzvüdü.

Rəşadın bu nəticələri qardaşı Kamran Sadıqovu da həvəsləndirib. Kiçik qardaş futzal üzrə ölkə çempionatının birinci dəstəsində mübarizə aparan "Qarabağ"ın baş məşqçisidi. 55 xalla turnir cədvəlinin 8-ci pilləsində mövqe tutan komandanın xərclərini də Sadıqovların özləri çəkir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti