"Azərbaycanla oyunda bəlkə də məndən daha çox şey gözlənilir"

27 Yanvar 2021 23:20 Futzal 732
"Azərbaycanla oyunda bəlkə də məndən daha çox şey gözlənilir"

"Komandada bəzi itkilər var. Bəlkə də buna görə məndən daha çox şey gözlənilir.

Meydanda daha çox işləməliyəm. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya millisinin futzalçısı Tomaş Draxovski yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İspaniyanın "Qarsia" klubunda çıxış edən Draxovski yığmaya yüksək əhval-ruhiyyədə gəldiyini və qarşıdakı oyunları səbirsizliklə gözlədiyini bildirib:

"Vəzifəmin öhdəsindən gəlib-gəlməyəcəyimi oyun göstərəcək. Bizim üçün ən vacib mərhələ başlayır. Final mərhələsinə adlamaq üçün yaxşı imkanımız və komandamız var".

Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"